Rusiyada hərbi hissədə PARTLAYIŞ-VİDEO
Featured

05 Avqust 2019

Rusiyanın Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə güclü partlayışlar baş verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlayıb.

Əraziyə cəlb edilən xilasedicilər 20 kilometr məsafədə yaşayan sakinlərin təxliyəsinə başlayıb. 

Hadisə zamanı iki nəfərin qəlpə yarası alıb. Onlar Sçinsk rayonlararası xəstəxanaya yerləşdirilib. İnsanlar təşviş içərisindədir. Hadisənin səbəbləri araşdırılır.

Top
JoomlaLock.com All4Share.net