ABŞ-ın hava limanı atışma nəticəsində bağlanıb
Featured

16 Noyabr 2016

ABŞ-ın cənubunda yerləşən Oklahoma ştatında Uill Rocers adına hava limanı atışma nəticəsində bağlanıb. Bu barədə ştat polisinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Biz hazırda Uill Rocers aeroportunu bağlamışıq. Əgər siz hava limanındasınızsa, növbəti sərəncama qədər özünüzə sığınacaq tapın", — deyə məlumatda bildirilir.

İnsidentin detalları barədə məlumat hələ ki, yoxdur. (virtual)

Top
JoomlaLock.com All4Share.net