İtaliyada Çempionlar Liqasının final oyunu zamanı 1000-dən çox insan xəsarət aldı - VİDEO

04 İyun 2017
Çempionlar Liqasının final oyunu zamanı Turinin (İtaliya) San-Karlo meydanında baş verən basabas nəticəsində 1000-dən çox insan xəsarət alıb. Bu barədə İtaliya polisinə istinadən "Frans Press" məlumat yayıb.
 
Kardiffdə (Uels) keçirilən final oyunu zamanı "Real" "Yuventus"u 4:1 hesabı ilə məğlub edib.
 
Turində "Yuve" azarkeşləri üçün fan-zona təşkil olunub və orada 20 mindən çox fanat böyük ekranda oyunu canlı izləyib. "Real"ın 64-cü dəqiqədə vurduğu 3-cü qoldan sonra partlayış səsi eşidilib və bu da insanlar arasında təşvişə səbəb olaraq basırıq yaradıb.
 
Müxtəlif məlumatlara görə, basabasa bir neçə fişəngin partlaması və ya dəmir qapının trotuarın üzərinə aşması səbəb olub. Bir neçə nəfər, o cümlədən 4 yaşlı uşaq xəstəxanada ağır vəziyyətdədir.
Top
JoomlaLock.com All4Share.net