Ərdoğan Ramil Quliyevi təbrik etdi-VİDEO
Featured

10 Avqust 2018

Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında azərbaycanlı atlet Ramil Quliyev birincilik əldə edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, kişilər arasında 200 metr məsafəyə qaçışda qalib gələn Ramil Quliyev hazırda Türkiyəni təmsil edir.

Avropa çempionu olması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevə telefon açaraq qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanda ona qarşı edilən ədalətsizliklərdən inciyərək ölkəmizi tərk edən Ramil Quliyev 19,76 nəticəsi ilə Avropa çempionatının və Türkiyənin rekordunu qırıb.

Top
JoomlaLock.com All4Share.net