Azərbaycan şahmatçıları erməniləri məğlub etdi
Featured

28 Sentyabr 2018

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində Azərbaycan yığması Ermənistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəldi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Şəhriyar Məımmədyarov qara fiqurlarla Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə ağ fiqurlarla Qabriel Sarkisyanı udub. Rauf Məmmədov ağ fiqurlarla Hayk Martirosyanla heç-heçə oynayıb.

Qeyd edək ki, Batumidə keçirilən şahmat yarışmasında ölkəmizi qadınlardan ibarət yığma komandada Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva təmsil edir.

Top
JoomlaLock.com All4Share.net