Rubl sürətlə çökür

10 Aprel 2018

ABŞ-ın tətbiq etdiyi son sanksiyalardan sonra Rusiya rublu sürətlə dəyərdən düşür.

Rublun ucuzlaşması ötən gündən başlayıb və bu gün də davam edib. Moskva banklararası birjasında bu gün aprelin 10-da hərraclar rublun məzənnəsinin kəskin düşməsi ilə başlayıb. Rusiya milli valyutası dollara nisbətdə birdən-birə 3 rubl dəyərdən düşüb.

2016-cı ilin dekabrından bəri ilk dəfə 1 dollar 63 rublu keçib. Saat 12.40-a ola xəbərlərə görə birjada 1 ABŞ dolları 63.8 rubla satılırdı. 1 avro isə artıq 78 rublu keçib və sürətlə 80 rubla yaxınlaşır. Rublun dəyərdən düşməsi prosesinin gün ərzində də davam edəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ ötən həftə Putinə yaxın bir qrup oliqarxa və bir neçə dövlət məmuruna, habelə hüquqi şəxslərə sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri ilə Rusiyanın aliminium nəhəngi "Rusal" defolt həddinə çatıb, səhmləri 50 faizə qədər dəyərdən düşüb. Digər iri sənaye şirkətləri də kəskin dəyər itiriblər. Rusiyanın zənginləri sanksiyaların nəticəsində cəmi 1 günə 18 milyard dollar "kasıblayıb". Bu barədə "Bloomberg" bildirir.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net