Türkiyədə 1 dollar 7 lirə olacaq-VİDEO
Featured

10 Avqust 2018

Türkiyənin milli valyutası olan lirə sürətlə ucuzlaşmaqdadır.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə bu ölkədə ABŞ dollarının məzənnəsi artmaqda davam edir. 

Bu gün (10 avqust) "Bloomberg" ticarət platformasında TRY/USD nisbəti 6,83-ə yüksəlib.

Hazırda isə 1 dollar 6,7 lirəyə bərabərdir.

Qeyd edək ki, türkiyəli iqtisadçı Selim Kotil bu barədə aylar öncə proqnoz vermişdi. S.Kotil çıxışı zamanı Türkiyəni lirə böhranından xilas edəcək insanı da nişan vermişdi: "Türkiyəni düşdüyü iqtisadi böhrandan ancaq iqtisadçı professor Heydər Baş xilas edə bilər. Yoxsa, bir dollar Türkiyədə 7 lirəyə qədər qalxacaq".

Top
JoomlaLock.com All4Share.net