İran ABŞ sanksiyalarına maaş artımı ilə cavab verəcək
Featured

26 Dekabr 2018

İran hökuməti əhalinin yoxsul təbəqəsi üçün nəzərdə tutulan vəsaiti və dövlət qulluqçularının məvaciblərini artırmağı planlaşdırır.

Bununla da Tehran ABŞ sanksiyalarına cavab vermək və əhalinin həyat səviyyəsini yüksəltmək istəyir.
İran prezidenti Həsən Ruhani parlamentə 42,7 milyard dollarlıq büdcə layihəsini təqdim edib.

Ruhani bu həftə çıxış edərək ölkədə maliyyə durumunun gərgin olduğunu etiraf etsə də, ABŞ-ın yeni sanksiyalarına layiqli cavab veriləcəyini də vəd edib. (oxu.az)

Top
JoomlaLock.com All4Share.net