Ququş İrəvana niyə gedir?

23 İyul 2017

İran müğənnisi Ququş (Faiqə Atəşin) 1 avqust tarixində İrəvanda konsert verəcək.

Bu barədə Ququş instaqram səhifəsində məlumat yayıb. 

Sentyabrın 2-də isə məşhur iranlı müğənni Tbilisidə konsert verəcək. 

Qeyd edək ki, əsl adı Faiqə Atəşin olan Ququş 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. O, Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçüb. Atası Sabir İranda canbaz və əyləndirici artist kimi çalışıb.

Ququş 2011-ci ildə Bakıda konsert verməyi planlaşdırsa da, daha sonra bu istəyindən imtina edib və bu günə qədər belə istəyini açıqlamayıb. Amma bu ifaçının Azərbaycana qastrol səfərinin təşkilatçılığı ilə məşğul olan İran vətəndaşı, təbrizli Salman Pişnamaz bildirib ki, Ququşla 2 ildir bu haqda danışıqlar aparsa da, müğənni hər dəfə vaxtı uzadırmış: "Bunun səbəbini sonradan bildim. Sən demə, Ququşun sevgilisi ermənidir. O, müğənnini özünün gedə bilmədiyi heç bir səfərə buraxmır. İfaçının sevgilisi Ququşu özü olmadan heç yerə buraxmayacağını bildirdi. Üstəlik, cütlük birlikdə Ermənistana səfər etməyə qərar verib". Beləliklə, Salman Pişnamazın Qququşun İrəvan səfəri haqqında verdiyi proqnoz özünü doğrultdu. 

Ququş özü Azərbaycanın məşhur mahnısı "Gedək üzü küləyə"ni erməni dilində oxumaqla bu sevgisini etiraf etmişdi.

Top
JoomlaLock.com All4Share.net