İran yeni tankı ilə dünyaya meydan oxudu
Featured

13 Mart 2017

"Tankımız dünyadakı ən müasir tanklarla yarışa girmək qabiliyyətindədir."

İran Silahlı Qüvvələri şənbə günü öz istehsalları olan "Kərrar" adlı ən yeni tankı nümayiş etdirib və onun seriyalı istehsalına başlayıblar.

İran hərbçiləri hazırladıqları tankı imkanlarına görə ən azı Rusiya istehsalı olan T-90 tankına oxşar adlandırıblar.

İranın müdafiə naziri Hüseyn Dehqan bildirib ki, bu silah daşıdğı funksiyaları idən çox fərqlidir: "Tank dünyadakı ən inkişaf etmiş bütün tanklarla 3 əsas sahədə - güc, dəqiqlik və mobillik sahəsində, həmçinin də döyüş meydanındakı etibarlılıq və qulluq etmə sahəsində də yarışa bilər".

O qeyd edib ki, tank buraxılmış raketləri dəqiqliklə hədəfə yönəldə bilmək, həmçinin də yarğan və çayları keçmək və hətta su altında da hərəkət etmək qabiliyyətindədir.

Dehqan əlavə edib ki, istehsalçılar "Kərrar"-ı sındırılmaya dayanıqlı kommunikasiya və naviqasiya sistemləri ilə də təchiz edib. Tankın zirehi isə müxtəlif tankəleyhinə silahların zərbələrinə tab gətirə bilir.(islamazeri)

Top
JoomlaLock.com All4Share.net