Dünyanın ən ağıllı insanı 12 yaşlı qızdır

09 May 2017

İngiltərənin Çeşire inzibati bölgəsində aparılan IQ testləri nəticəsində dünyanın ən ağıllı insanının hind əslli 12 yaşlı Rajgauri Pavar olduğu açıqlanıb.

Testlərdə 162 bal alan Pavar məşhur elm adamları Stefan Havkinq və Albert Eynşteyni geridə buraxıb. Pavarın Mançester universitetində çalışan atası Dr. Surajkumar Pavar “qızım belə bir nəticə əldə edən ən gənc insan oldu” deyib.

Rajgauri Pavara yüksək IQ-lu şəxslərin iştirak etdiyi İngilis Mensa Birliyinə üzvlük təklifi edildiyi bildirilib. IQ testlərində dahilik sərhəd balı 140 olub, bu rekordu Albert Eynşteynin və Stefan Havkinq 160 bal alaraq qırmışdı. İndi yeni rekordun sahibi testlərdən 162 bal alan Pavar oldu.

Top
JoomlaLock.com All4Share.net