Misirdə qazıntılar zamanı 3000 illik ayaq protezi aşkarlanıb

24 İyun 2017
Misirdə Luxor yaxınlığında Şeyx Abd əl-Kurna nekropolunda  aparılan arxeoloji qazıntılar zamanı ən qədim ayaq protezi aşkarlanıb.
 
Alimlər qədim Misirin nəcib ailələrindən bir qadının məzarını tədqiq edərkən, bir skeletin sağ ayağının bir itirilmiş hissəsini əvəz edən bir protez tapıblar. 
 
Alimlər ağac materialından olan həmin cismin ayaq protezi olduğunu və 3000 ildən çox yaşı olduğunu bildiriblər. 
 
Alimlər bildirir ki, protezi keyfiyyəti onun yaradıcısı olan insanın anatomiya ilə yaxşı tanış olduğunu göstərir.  Çox məharətlə ağac üzərində oyma işlənilib. Protez balaca qayışlarla  ayağa bərkidilib.
Top
JoomlaLock.com All4Share.net