Bu qız əsrin dahisi adını qazandı- FOTOLAR

06 İyul 2017
3 yaşında ikən atası üçün təyyarə modeli düzəldən Sabrina dünyada yeni rekorda imza atıb.
 
Hazırda onun 23 yaşı var. Bu yaşa qədər isə artıq kosmik məsələlər, metafizika, zaman və başqa astrofizika sahələrində peşəkar araşdırmalar aparır. Sabrina Pasterski 19 yaşında universiteti bitirib. Dünyanın ən nüfuzlu universiteti olan Harvard Universiteti ona XXI əsrin Eynşteyni adını verib. 
 
Hələ 17 yaşında yazdığı məqalələrlə məşhur fizik Stefan Hokinqi təəccübləndirən Sabrina Forbes jurnalının hazırladığı ən güclü beyinlər siyahısının lideri olub. O, dünyanın 265 ən zəkalı gənci arasında həmin nəticəni əldə edib. "Amazon", "NASA" və bir çox nəhəng şirkətlərlə kosmik tədqiqatçı kimi çalışıb.
 
İndi də sərbəst şəkildə fəaliyyətini davam etdirir. 2006-cı ildə hazırladığı təyyarə modelini internetdə təbliğ etməsi onun məşhurlaşmasına səbəb oldu. 
Sabrina indiyədək feysbuk, tvitter, linkedin kimi sosial şəbəkələrin heç birindən istifadə etməyib. Uğurunun əsas sirri kimi də bunu göstərib.(moderator.az)
23 yaşındaki yeni Einstein: Sabrina Pasterski
 
23 yaşındaki yeni Einstein: Sabrina Pasterski
Top
JoomlaLock.com All4Share.net