Rusiyada qızların məktəbə şalvarda gəlməsi yasaqlandı
Featured

09 Avqust 2017

"Şalvar cinsi yetişmə dövründə qızların məlum orqanlarını sıxır və nəticədə hər şey anormal inkişaf edir..."

Orta məktəblərdən birində qızların, eləcə də valideyn anaların məktəbə şalvarda daxil olması qadağan edildi.

Rusiyanın Tümen şəhərinin 92 saylı orta məktəbi qızlara təhsil müəssisəsində şalvarda görünməyi yasaqlayıb. Bu haqda jurnalistlərə valideynlərdən biri – Olqa Zenkova məlumat verib.

Məktəbin ümumi iclasında artıq birinci sinifə gedəcək uşaqların valideynlərinə məktəbli forması nümunələrini əks etdirən bukletlər paylanıb və qızlar üçün şalvarlı forma variantının qadağan olduğu bildirilib.

Valideyn O. Zenkovaya məsələni aydınlaşdıran direktor deyib ki, əvvəla, rus mentaliteti buna izn vermir. İkincisi də şalvarlar cinsi yetişmə zamanı qızların məlum orqanlarını sıxır və o halda hər şey anormal inkişaf edir. Xülasə, kimin qızı şalvar geyinsə, töhmət alacaq.

Valideyn ərizə yazaraq tələb edib ki, Tümendə qışda soyuq olduğunu nəzərə alaraq onun qızına şalvar geyinməyə icazə versinlər. Lakin rəhbərlik yenə də razılaşmayıb.

Məlum olub ki, şalvar yasağı nəinki qızlara, müəllimə və məktəb binasına daxil olan valideyn analara da qoyulub. Bu minvalla O.Zenkova prokurorluğa da şikayət yazıb. Həmin şikayətin nəticəsi haqda hələlik məlumat verilmir.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net