İŞİD terrorçuları PKK terror təşkilatı ilə birləşdi
Featured

26 Dekabr 2016

İŞİD-in 2 min terrorçusu PKK terror təşkilatına qoşulub.

VETENUGRUNDA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PKK bu məqsədlə Mosulun qərbində Sincar dağında yeni düşərgə yaradıb.

Ninova tayfalar məclisinin sözçüsü Muzahim Huveyt İŞİD-dən PKK sıralarına keçənlərin sayının artdığını deyib.

Onun sözlərinə görə, əvvəllər PKK-dan 1836 nəfər İŞİD-ə qoşulub. Onlar İŞİD tərkibində terror hücumları hazırlamaqda fəal iştirak ediblər.

İndi həmin terrorçular və onlara qoşulanlar yenidən PKK terrorçularına qoşulurlar.

Qeyd edək ki, İŞİD terrorçuları iki il öncə Sincar dağlarında yaşayan yezidi kürdləri kütləvi şəkildə qətlə yetirmişdi. O zaman Türkiyə hökuməti və Qərb koalisiyasının silahlıları eyni ərazidə yaşayan türkmənləri İŞİD terrorçularının qarşısında köməksiz buraxsa da yezidi kürdləri xilas edib, Türkiyəyə yerləşdirmişdi.

 

Top
JoomlaLock.com All4Share.net