Wikileaks: Klinton Liviya və Suriya müharibələrinə görə məsuliyyət daşıyır
Featured

26 Dekabr 2016

Vikiliks saytının təsisçisi Hillari Klintonu Liviya müharibəsinin və Suriya böhranının əsas memarı adlandırıb.

Culyan Asanj İtaliyanın La-Republika qəzetinə verdiyi müsahibədə deyib: Liviya müharibəsi Avropada mühacir böhranına, bu qitədə siyasi mövqelərin dəyişməsinə və cəmi bir il ərzində Liviyada 40000 insanın ölməsinə səbəb oldu.

Asanj əlavə edib: Liviya müharibəsi bu ölkə silahlarının digər ölkələrə ötürülməsinə, daxili müharibələrin alovlanmasına o cümlədən Suriyada faciənin yaşanmasına səbəb oldu.

Vikiliksin təsisçisi həmçinin, bu müəssisənin ifşaçılıqlarının ABŞ prezident seçkilərində Hillari Klintonun mövqeyinə zərbə vurmaq üçün olduğunu deyərək, əlavə edib: Hillari Klintonun ABŞ-ın dövlət katibi olduğu dövrə aid elektron məktubları və yazışmaları ifşa edilib.(truthngo.org)

Top
JoomlaLock.com All4Share.net