Qızlarını ölümə göndərən terrorçunu öldürdülər
Featured

26 Dekabr 2016

İŞİD terror təşkilatının tərkibində vuruşan vəhhabi Əbu Meyyar əl-Kürdi övladlarından canlı bomba kimi istifadə etməsi ilə bağlı yayımladığı video bütün dünyada böyük səs-küyə səbəb olub.

Hadisə Suriyanın paytaxtı Dəməşq şəhərinin Midan bölgəsində baş verib.

Partlayışdan əvvəl terrorçuların çəkdikləri görüntülərdə valideynlərin 7 və 9 yaşlı qızları ilə sağollaşdığı əks olunub.

Üzərilərinə bomba bağlanan azyaşlılar polis bölməsinə gedərək, azdıqlarını deyiblər. Bir müddət sonra uzaqdan idarə edilən partlayıcı işə düşüb və polis bölməsi havaya uçub.

VETENUGRUNDA.AZ-ın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, Dəmşqdə qızlarını ölümə göndərən vəhhabi Əbu Meyyar əl-Kürdi bu günlərdə dostları tərəfindən öldürülüb. Onun meyiti küçədən tapılıb. 

Картинки по запросу terrorçu  qızlarına bomba

Top
JoomlaLock.com All4Share.net