Kreml Ağ Evin sanksiyalarına adekvat cavab verəcək
Featured

30 Dekabr 2016

Kreml Ağ Evin sanksiyalarına qarşılıqlı cavab veriləcəyini bildirib.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ağ Evin cavabının adekvat olacağını bildirib.

"Mən hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm. Hərçənd, biz bilirik, burada qarşılıqlılıq prinsipi tamamilə alternativsiz hərəkət edir. Əlbəttə, adekvat cavab veriləcək" - deyə Kremlin sözçüsü vurğulayıb.

O bununla bağlı addımların Rusiya Federasiyası prezidenti tərəfindən müəyyən ediləcəyini deyib.

"Vaşinqtonun belə qərarlarıyla əlaqədar yenə təəssüfümüzü ifadə edirik", - deyə o əlavə edib. (report)

Top
JoomlaLock.com All4Share.net