ABŞ Əfqanıstanda mülki əhalini qırdığını etiraf edib

14 Yanvar 2017

Əfqanıstanda fəaliyyət göstərərn ABŞ hərbçiləri Qunduz vilayətinin Buz Qəndihari bölgəsində mülki əhalini qətlə yetirdiklərini etiraf ediblər.

VETENUGRUNDA.AZ-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, Əfqanıstandakı amerikan hərbçilər NATO-nun ofisindən bu barədə məlumat yayıblar: "Amerikan hərbçiləri 2016-cı il 2-3 noyabrda həyata keçirdikləri hərbi əməliyyatlarda Buz Qəndihari bölgəsində mülki əhalinı də qətlə yetiriblər. 

Əhaliyə qarşı hava bombardımanları, taliblərin yaşayış binalarından atəş açdıqları zaman həyata keçirilib.

Araşdırmalardan sonra bəlli olub ki, bu əməliyyat zamanı Buz Qəndihari bölgəsində 33 dinc sakin həlak olub, 27 nəfər də yaralanıb".

Amerikan hərbçilər hesabatda bildiriblər ki, bu əməliyyat taliblərin başçılarının həbs edilməsi məqsədi ilə başlayıb və əməliyyatda Əfqanıstanın xüsusi qüvvələri də iştirak ediblər.

Qeyd edək ki indiyə qədər rəsmi Amerika Buz Qəndihari bölgəsində mülki əhalini qırdıqları haqqında deyilən xəbərləri təkzib edirdilər.

Top
JoomlaLock.com All4Share.net