Məhəmməd Zərifi Ərdoğanla görüşdü
Featured

09 İyun 2017

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi Türkiyəyə səfər edib. 

VETENUGUNDA.AZ-ın verdiyi xəbərə görə, səfər zamanı nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüş bağlı qapılar arxasında 55 dəqiqə davam edib.

Dünya KİV-ləri bu görüşün Yaxın Şəqdə yaşanan gərginliklə əlaqələndiriblər. ABŞ prezidenti Donald Trampın Səudiyə Ərəbistanına səfərindən dərhal sonra  ki, ərəb ölkələri Qətərlə diplomatik münasibətləri kəsib. Bəhreyn, Misir, BƏƏ və Səudiyyə Ərəbistanından sonra Liviya və Yəmən də Qətərlə diplomatik münasibətləri dayandırıb. Bundan başqa İŞİD-ə qarşı aparılan islam hərbi koalisiyasında Qətərin iştirakı da dayandırılıb.

İran isə Qətərə dəstək verib. İran Qətərə tətbiq edilən sanksiyaları pisləyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Qətərlə diplomatik münasibətləri davam etdirəcəklərini bildirib. Ərdoğan verdiyi sonuncu açıqlamada isə sona qədər Qətəri dəstəkləyəcəklərini bildirib. 

Qeyd edək ki, Qətər əhalisinin 65 faizini şiə müsəlmanlar təşkil edir. Eyni zamanda Qətər iqtisadi baxımdan çox güclü dövlətdir. ABŞ Liviya, İraq, Yəmən, Misir, Suriya kimi Qətəri də darmadağın etmək qərarına gəlib. ABŞ dünyada inkişaf etmiş müsəlman ölkəsi görmək istəmir. İranla Türkiyədən sonra Pakistan hökuməti də Qətəri müdafiə edəcəklərini açıqlayıb. 

Top
JoomlaLock.com All4Share.net