Rusiyada korrupsiya əleyhinə mitinqlər davam etməkdədir.
Bu etiraz aksiyalarının Rusiyanın 200-ə yaxın şəhərində baş tutacağı elan edilib.
VETENUGRUNDA.AZ-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, daha çox aktivlik Vladivostok, Kazan və Moskvada özünü göstərir. Tarixən qiyamları ilə məşhur olan Peterbuq yenə də öndədir.
Rusiya hökuməti aksiyaçıları saxlayıb. Bəzi şəhələrdə polislər etirazçılarla daha kobud əftar edibb.
Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib, 10 mindən çox iştirakçı saxlanılıb.
Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıdır. Veilən xəbərlərə görə, Aleksey Navalnı saxlanılıb.
Moskvanın Simonovski məhkəməsi çərşənbə günü axşam yerli siyasətçi Aleksey Navalnını 30 sutka müddətinə həbs edib. Qeyd edək ki, A. Navalnı icazəsiz aksiyada iştiraka çağırış, həmçinin hüquq-mühafizə orqanlarına itaətsizliyə görə saxlanılıb.
Hakim həbs müddətini iyunun 12-dən hesablamaq qərarına gəlib.