İran qılınc rəqsi oynayanlara xəbərdarlıq etdi
Featured

13 İyun 2017

İran İslam Respublikasının silahlı qüvvələrinin qərargah rəisi Tehranda törədilən terror hadisələri qurbanlarının yad edilmə mərasimində açıqlama verib

İran İslam Respublikasının silahlı qüvvələrinin qərargahının rəisi Tehranda törədilən terror qurbanlarının yad edilməsi mərasimində açıqlama verib. General Muhəmməd Baqiri terror aktlarını pisləyərək deyib: "Tarixin təcrübəsi bunu göstərir ki, zorakılıq və terrorla İlahi yolun qarşısını almaq olmaz. İran xalqı ABŞ, Sionist rejimi və Ali-Səud üçlüyü tərəfindən dəstəklənən terrora məruz qalan ölkələrdən biridir və 38 il ərzində 17 min nəfəri islam və dəyərlərinin müdafiəsi uğrunda itirib. Axan bu pak qanlar İslam Respublikasının pak ağacını suvarıb.

Картинки по запросу ‫ژنرال محمد حسین باقری‬‎

Ordu generalı Muhəmməd Hüseyn Baqiri

Səudiyyəlilərlə qılınc rəqsi edənlərə və ölkəmizə qarşı plan cızanlara xəbərdarlıq edir, tarixdən ibrət almalarını və xətalarını hətta zehinlərindən belə keçirməmələrini tövsiyə edirik. İran xalqının Aşura övladları 80 milyonluq xalq dəstəyi ilə terrorçulara və onlara dəstək verənlərə unudulmaz dərs verəcəkdir".

Top
JoomlaLock.com All4Share.net