Kataloniya müstəqillik almayacaq-VİDEO
Featured

05 Oktyabr 2017

İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib.

Nazir bunu bloomberg agentliyinin televiziya efirində çıxışı zamanı bildirib. “Muxtar regionun müstəqilliyi Kataloniya əhalisinə yalnız zərər vura bilər”, - deyə o qeyd edib.

Gindos, eyni zamanda, hesab edir ki, Madridlə Barselona arasında danışıqların mümkünlüyü nəinki İspaniya, həm də, bütün Avropa üçün təhlükəli presedent yarada bilər. İspaniyanın iqtisadi qurumunun başçısı, həmçinin Kataloniyanın regional hökumətinin yüksək səviyyəli özünüidarəyə sahib olduğunu xatırladıb.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik barədə referendum keçirilib. Səsvermə çox sayda insanın xəsarət alması ilə nəticələnən kütləvi ixtisaslarla müşayiət olunub. İspaniyanın Konstitusiya Məhkəməsi səsvermənin ölkənin əsas qanununa zidd olduğuna dair qərar çıxarıb.

Bir qədər əvvəl Kataloniya hökumətinin başçısı səsvermənin nəticələrini parlamentin müzakirəsinə çıxaracağını vəd edib.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net