"Amerika və İsrail müstəqil İrana dözə bilmir" – Noam Çomski
Featured

06 Oktyabr 2017

Məşhur amerikalı mütəfəkkir və filosof Noam Çomski Amerika və sionist İsrail rejiminin müstəqil İrana dözümsüz yanaşdığını bildirərək, Vaşinqtonun İrana zərbə vurmaq üçün bir an belə fürsəti əldən vermədiyini deyib.

Çomski İran xalqının 1979-cu ildə Amerikaya bağlı şahlıq rejimini devirməklə Vaşinqtonun xəyallarına ağır zərbə vurduğunu bildirib.

Amerikalı mütəfəkkir bu səbəbdən Vaşinqton rəhbərliyinin İran xalqına qarşı bağışlanmaz bir təşəbbüslərə əl atdığını söyləyib. O, Amerikanın regionda İran kimi müstəqil və güclü bir ölkəni qəbul etmədiyini bildirib.

Amerikanın son onilliklərdə İrana zərbə vurmaq cəhdindən bir an olsun imtina etmədiyinə diqqət çəkən Çomski, İraqın Bəəs rejiminin 1980-ci ildə Amrikanın dəstəyilə İrana hücum təşkil etdiyini qeyd edib.

Amerikanın İrana qarşı düşməncəsinə cəhdlərinin davam etdiyini deyən Çomski, Vaşinqtonun Tehran hakimiyyətinə qarşı zalımcasına sanksiyalar tətbiq etdiyini xatırladıb.

Top
JoomlaLock.com All4Share.net