Səudiyyə Yəməni bombaladı- 28 ölü

01 Noyabr 2017

Səudiyyə və müttəfiqləri Yəmənin şimalına aviazərbələr endirib.

Belə ki, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Səada vilayətinin Səxar rayonunda yerləşən bazara zərbə endirib. Zərbələr nəticəsində azı 28 nəfərə həyatını itirib, onlarla mülki vətəndaş isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri 2015-ci ilin mart ayından Yəməni bombardman edir. Bu illər ərazində on minlərlə insan münaqişənin qurbanı olub, milyonlarla insan aclıq, xəstəlik və digər mərhumiyyətlərlə üz-üzə gəlib.(eastnews.org)

Top
JoomlaLock.com All4Share.net