İranı suçlayanlar İrana sığınır
Featured

07 Noyabr 2017

Səudiyyə kralının vəliəhdi Məhəmməd ibn Salmanın siyasi rəqibləri olan şahzadələri korrupsiya ittihamı ilə kütləvi surətdə həbs etməsindən sonra Məhəmməd bin Fəhd bin Əbdüləziz əl-Səudun tutulması ilə oğlu Türki bin Məhəmmədin İrandan siyasi sığınacaq istəyib.

Bu barədə israilli jurnalist Şimon Aran şəxsi tvitter hesabında yazıb. O, bildirib ki, Səudiyyə Ərəbistanında kütləvi həbslərdən sonra səudiyyəli şahzadə İrana sığınıb. 

Jurnalist tvitterdə paylaşdığı statusda, korrupsiya və dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunan Məhəmməd bin Fəhd bin Əbdüləziz əl-Səudun oğlunun ölkəsindən qaçdığını iddia edib. Statusda deyilir ki, Türki bin Məhəmmədin atasının həbsindən sonra İran İslam Respublikasından siyasi sığınacaq istəyib.

Top
JoomlaLock.com All4Share.net