Diplomsuz qadınların cərimələndiyi ölkə
Featured

10 Noyabr 2017

Sinqapurun üçüncü baş naziri Li Kuan Yu "Sinqapur iqtisadi möcüzəsinin yaradıcısı" kimi tarixdə qaldı. Bu adam bir ölkəni dirçəldib ayağa qaldırdı və qüdrətli dövlətin təməlini qurdu.

Sinqapurun lideri, ən böyük siyasətçisi 16 sentyabr 1923-cü ildə Sinqapurda çinli ailədə anadan olub. O, əvvəlcə Sinqapur məktəblərində — Telok Kurau məktəbində, Rafflz İnstitutunda, Sinqapur Milli Universitetində təhsil alıb, sonra təhsilini Kembric Universitetində davam etdirib. (1945—1949).

Li Kuan Yu 1949-cu ildə vətənə qayıdıb və 1950-ci ildən Sinqapurun Laycock and Ong şirkətində vəkil kimi çalışıb. 

O, 1954-ci ildə "Milli Hərəkat Partiyası"nın baş katibi seçilib. Partiya 1959-ci ildən hakimiyyətə gəlir və Li Kuan Yu həmin ildən 1990-cı ilədək baş nazir postunu tutur. 1990—2004-cü illərdə isə o, Qo Çok Tonqun hökumətində böyük nazir vəzifəsini tutur. 2004-ci ilin avqustunda oğlu Li Syanlun baş nazir təyin olunur və o nazir-menton (hami) vəzifəsinə təyin edilir. 2011-ci ildə bu vəzifədən istefa verir.

Li Kuan Yu özünü xalqının atası sayırdı. O, kapitalizm və sosializmin faydalı ideyalarını götürüb ölkəsində tətbiq edib. Onun qoyduğu qaydalar sayəsində dövlət vətəndaşlarının zəngin yaşamalarına yardım göstərirdi. Bu səbədən Sinqapur bölgədə həyat səviyyəsinə görə Yaponiyadan sonra ikinci yerdə durur.

Li Kuan Yu çalışırdı ki, onun kiçik elektron çipləri arasında qayda-qanun hökm sürsün. Kuan Yu çox sərt qanunlar qəbul etdirmişdi. Yerə tüpürən, ictimai yerlərdə papiros çəkən, yerə istifadə olunmuş kağız atan, şəhərin mərkəzində maşın saxlayan, suyu lazımsız istifadə edənlər 1500 frank cərimə olunurdu.

Kişiləri həmişə şalvar, qadınlar isə havanın temperaturundan asılı olmayaraq corab geyinməyə məcbur edən lider maşınlar üçün standart sürət qoymuşdu. Maşınların sürəti saatda 80 kilometri ötməməli idi. Bütün şəhər video kamera ilə təchiz olunduğundan oğurluğun və digər cinayət hallarının qarşısı alınmışdı. 

Onun qoduğu qanuna əsasən vətəndaşların kimə gəldi səs verməməsi üçün bülletendə seçicinin pasport nömrəsi yazılırdı. Buna görə o Sinqapuru dünyanın ən demokratik dövləti sayırdı. Oğurluq, narkotik maddələrdən istifadə, zorlama və korrupsiyaya görə dar ağacından asılma cəzasını tətbiq edən Li Kuan qamçı ilə cəzalanmanı da önəmli cəza üsulu sayırdı. 

Onun tərəfindən mətbuata ciddi senzura qoyulub. Qəzetlərə seksdən və siyasətdən yazmaq qəti qadağan olunub.

Baş nazir apardığı müşahidələrdən belə qəanaətə gəlir ki, ağıllı kişilərin əksəriyyəti gözəl, lakin çox ağıllı olmayan qadınlarla ailə qururlar. Nəticədə ağıllı qadınların əksəriyyəti subay qalırlar. O, 1982-ci ildə diplomlu qadınlarla ailə quran kişilərin yüksək məbləğdə mükafatlandırılması barədə qərar çıxarır. Həmin qərara görə dünyaya ikinci uşaq gətirən diplomsuz qadın cərimələnir.

Li Kuan Yu istedadlı uşaqlar üçün yeni məktəblər tikdirirdi. O, belə hesab edirdi ki, ailədə uşaqların sayı ikini ötmədikdə onlara yaxşı təhsil vermək olar. Buna görə üçüncü uşağın dünyaya gəlməsinə qadağa qoymuşdu.

Li Kuan Yu öz eksperimental ölkəsini "Asiya İsveçrəsinə" çevirə bilmişdi. Ancaq elə şeylər var ki, polis də onun qarşısında acizdir. Baş nazir bunu çıxışlarının birində açıqlayıb: "Çinliləri hər şeyə məcbur etmək olar, lakin onları muncuq oynamamağa məcbur etməyi heç kim bacarmaz".

Top
JoomlaLock.com All4Share.net