Qəddafini də SÖZ öldürdü-VİDEO
Featured

21 Noyabr 2017

Tam adı Müəmmər bin Məhəmməd əbu Mənyar Əbdül-Salam Həmid əl-Qəzzafi olan Liviya lideri həqiqəti üzə deməyi də bacarırdı. O, çox cəsarətli idi.

Liviya dövlət və hərbi xadimi, İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969-2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977—1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969—1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970—1972) postlarında çalışmış Qəddafi 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir.

Müəmmar Qəzzafini hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəzzafinin hakimiyyət illərinə təsadüf edir.

Bütün həyatını şərəflə yaşamış Qəzzafini sonda işgəncə ilə öldürdülər. O, ləyaqətli həyatı seçdi. Elə buna görə də düşmənləri onu alçaltmaq, alçaldaraq öldürmək üçün iyrənc yol seçdilər. Lakin tarixdə şərəfli ömür sürən, mübariz insan və xalqını sevən lider kimi qaldı Qəzzafi. Onun son çıxışı, öldürülməsinə səbəb olan çıxışı isə tarixin heç bir anında aktuallığını itirməyəcək qədər möhtəşəmdir.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net