Daha bir diktator ÖLDÜRÜLDÜ-VİDEO
Featured

05 Dekabr 2017

Yəmənin sabiq prezidenti Əli Abdullah Salih paytaxt Sanadan qaçmaq istəyərkən öldürülüb.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, Salih zirehli maşınla qaçmağa çalışarkən güllələnib.

Üsyançı Husilər 75 aşlı Salihi paytaxt Səna yaxınlığındakı Sanhan kəndində güllələyiblər. Keçmiş prezident oradan Maarib əyalətinə gedirmiş. Husi yaraqlıları Salihin Sənadakı evini partladıblar. Partlayış zamanı prezident evdə olmayıb. Əli Abdullahla birlikdə onun yardımçısı Arif Zuka, baş katibi Arif əz-Zuka və müavini Yasir əl-Avada da öldürülüb. Onların hamısı Salihlə eyni avtokalonda hərəkət edərkən atəş altına düşüblər.

Üsyançıların Salihi öncə əsir götürüb, sonra güllələdikləri deyilir. Başqa mənbələr isə onun avtomobildən düşərkən güllələndiyini iddia edir.

Husilərin lideri Salihin öldürülməsini böyük uğur hesab edib və Salihi satqın adlandırıb.

Top
JoomlaLock.com All4Share.net