İntihar etmək istəyən Saakaşvili həbs edildi-VİDEO
Featured

05 Dekabr 2017

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada saxlanılıb.
Vetenugrunda.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 3 ildir Kiyevdə yaşayan Saakaşvilinin saxlanıldığı məkan məlum deyil.

Bir qədər öncə Kiyevdəki mənzilində axtarış aparılan zaman siyasətçi yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq intihar edəcəyini demişdi. Saakaşvili damda etdiyi çıxışında Ukrayna prezidenti Poroşenkonun oğru, mafioz olduğunu söyləyib: "Ukrayna xalqı üçün dirəndim deyə, məni qaçırmaq istəyirlər. İstədilər məni xəlvətcə qaçırsınlar, amma alınmadı". Yerdə onu izləyən əhali Saakaşvilini alıqşlayıb.

3 saatlıq mübarizədən sonra polis Gürcüstanın keçmiş prezidenti Saakaşvilini damdan endirib və həbs edib. Hazırda 20 mindən çox etirazçı polislərlə üz-üzə dayanıb, Saakaşvilinin azadlığını tələb edir.

Qarşıdurma zamanı etirazçılara atəş açıldığı və yaralıların olduğu bildirilir.

Saakaşviliyə "Cinayətkar dəstə iştirakçılarına yardım etmək və onların cinayət əməllərinin gizlədilməsi" ittihamı irəli sürülüb. İttiham olunduğu maddə üzrə siyasətçini 3 ildən beş ilə kimi həbs cəzası gözləyir.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko 2015-ci ilin may ayında Saakaşviliyə Ukrayna vətəndaşlığını vermişdi. Daha sonra Odessanın meri seçilən Saakaşvili sonra bu vəzifədən istefa etmiş və Yeni Güclər Partiyasını quraraq müxalifətə keçmişdi.

çıxarılmışdı. 

Saakaşvili 2017-ci ildə ABŞ-a səfəri zamanı Poroşenko onu Ukrayna vətəndaşlığından çıxarmışdı.

Oktyabrın 17-də müxalifətin dəstəyi ilə Polşa sərhədindən Ukrayanaya keçən keçmiş prezident tərəfdarları ilə birgə Ukrayna Parlamentinin önündə etiraz aksiyalarına başlayıb.

Eyni zamanda ötən ay, aksiyalara başlaan Saakaşvilinin həbs edilməsi ilə bağlı Gürcüstan hökuməti də qərar verib.

2015-ci ilin 4 dekabrında Gürcüstan vətəndaşlığından çıxarılan Saakaşvili 2013-dən bu yana ölkəsinə dönə bilmir.

{youtube}SsiojaNRTLM{/youtube}

Top
JoomlaLock.com All4Share.net