Ərdoğan: "Qüds bütün müsəlmanların qırmızı xəttidir"-VİDEO
Featured

05 Dekabr 2017

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın son açıqlaması İsraildə də böyük çaxnaşmaya səbəb olub.

Ərdoğanın Qüdsü müsəlmanların "qırmızı xətti" adlandırması İsrail hökumətini qızışıdırıb, xüsusilə baş naziri Binyamin Netanyahunun “qəlbinə dəyib”.

İsrailin Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Nahson paylaşdığı açıqlamada Ərdoğanın Qüdsə olan sevgisindən hiddətləndiyi bəlli olub: “Ərdoğan tanısın, ya tanımasın, Qüds yəhudilərin 3 min illik, İsrailin də 70 illik paytaxtıdır”.

İsrail mətbuatında yer alan xəbərə görə, İsrailin Milli Təhsil naziri Naftali Benett də “Təəssüf, Ərdoğan son illərdə İsrailə hücum etmək üçün heç bir fürsəti qaçırmadı. İsrail, Qüdüsün ölkənin paytaxtı kimi tanıtdırmaq məqsədinə davam etməlidir. Hər zaman tənqid edən kimlərsə tapılır, amma birləşmiş bir Qüdsə sahib olmaq, Ərdoğanın sevgisinə sahib olmaqdan daha yaxşıdır” deyib.

İsrail mətbuatında yer alan xəbərlərdə deyilir ki, İsrail Nəqliyyat və Kəşfiyyat nazirlikləri “Türkiyənin prezidentindən əmir almrıq. İsrail suveren bir ölkədir və Qüds onun paytaxtıdır” kimi açıqlamalarla bütün dünyanı öz "bacarıqlarına" heyran qoyublar.

Ərdoğan İsraili necə qıcılandırdı?

Prezident Ərdoğan çıxışı zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı halda sona qədər mübarizəsini davam etdirəcəyini bildirib: “Əgər belə bir addım atılacaqsa, biz beş-on günün içində İslami İşbirliyi Təşkilatının Liderlər Zirvəsini İstanbulda toplayacağıq. Bu Liderlər Zirvəsi ilə bütün islam dünyasını oyatmağa çalışacağıq. Qüds İsrailin paytaxtı olduğu halda biz İsraillə bütün əlaqələrimizi kəsəscəyik.

Cənab Tramp, Qüds müsəlmanların qırmızı xəttidir. Fələstin xalqının yaralarından hələ də qan axır. İsrailin Fələstin xalqına basqılarının hər gün davam etməsi büynəlxalq hüquqa zidd olmaqla yanaşı, eyni zamanda insanlığa vurulan ağır bir zərbədir.

Amerika bütün işləri bitirdi, indi bircə bumu qaldı? Bu sıradan bir hadisə deyil. Belə bir addım ata bilməzsiniz.”

Qeyd edək ki, Tramp yaxın günlərdə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb-tanımayacağını açıqlayacaq.

Top
JoomlaLock.com All4Share.net