Ərdoğan Ruhaniyə zəng etdi
Featured

07 Dekabr 2017

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə Qüds mövzusunu müzakirə ediblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hər iki prezident söhbət zamanı Qüdsü Fələstinin ayrılmaz hissəsi kimi dəyərləndirib. Prezidentlər, ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürüməsini şiddətli şəkildə tənqid edərək bütün müsəlman ölkələrini birlikdə bu zorakılğa qarşı mübarizə aparmağa səsləyiblər.

İran prezidenti Ruhani, Türkiyə prezidenti Ərdoğana, telefon açdığına görə təşəkkür edib: "Hazırda İslam dünyasının ilk məsələsi Fələstin problemini həll etmək, Qüdsü qorumaq və sionost rejimlə mübarizə aparmaqdır."

Prezidentlər söhbət zamanı Qüdsün İsrailin paytaxtı elan etməklə Yaxın Şərqdə sülhün məhv edildiini deən Ərdoğan yenidən sülhü bərpa etməyin yeganə yolunu açıqlayıb: "Ancaq 1967-ci ildəki sərhədlər də daxil olmaqla Qüdsü suveren və müstəqil Fələstinin paytaxtı elan etmək Yaxın Şərqdə sülhü və sabitliyi bərpa edəcək".

Ərdoğan, Türkiyənin İslam İşbirliyi Təşkilatının sədri kimi 13 dekabrda İstanbulda İslam Zirvəsi Konfransını təşkil edəcəyini və bütün islam ölkələri liderlərini bu tədbirə dəvət edəcəyini bildirib.

Top
JoomlaLock.com All4Share.net