Putin Suriyaya səər etdi-VİDEO
Featured

11 Dekabr 2017

Putin bu gün Suriyaya gözlәnilmәz sәfәr etdi. Onu Xmeymim aeroportunda Rusiyanın Suriyadakı hәrbi kontingentinin komandiri, Rusiyanın müdafiә naziri vә Suriya prezidenti Bәşәr Әsәd qarşıladılar.

Putinin aeroportda çıxışını Rossiya 1 kanalı birbaşa yayımladı.

Putin hәrbi әmәliyyatlarda iştirak edәn bütün hәrbçilәrә tәşәkkür etdi. Bunun cavabında Әsәd Rusiyaya Suriya xalqına göctәrdiyi misilsiz yardımına görә minnәtdarlәq edәrәk bu sәfәrin onun üçün çox әhәmiyyәtli olduğunu bәyan etdi. 

Bundan sonra qәlәbә münasibәti ilә keçirilәn tәntәnәli paradda Putin etdiyi çıxışında terrorizmlә mübarizәnin әhәmiyyәtindәn danışdı vә bu mübarizәdә bütün ölkәlәrin hәmrәyliyinin zәrurәtini vurğuladı. Sonda Rusiya ordusunun әsas hissәlәrinin Suriyadan çıxması üçün tapşırıq verdi. 

Putin Suriyadan Misirә, ordan Türkiyәyә sәfәr edәcәk. 
Putin bu sәfәri ilә Yaxın şәrqdә kimin sülh, kimin isә gәrginlik tәrәfdarı olduğunu bir daha sübut etdi...

Top
JoomlaLock.com All4Share.net