Ərdoğana "Yəhudi Cəsarət Medalı"nı niyə verdilər?-VİDEO
Featured

21 Dekabr 2017

Bu günlərdə ABŞ prezidenti Donald Tramp, müsəlmanların müqəddəs məkanı Qüdsü İsrailin paytaxtı elan etdi. Bundan öncə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qüds müsəlmanların qırmızı xəttidir" deməsi elə Trampın qəfil və məntiqsiz elanı qədər bütün dünyada müzakirə mövzusuna çevrildi. 

Vetenugrunda.az Ərdoğanın bu fikrinin niyə bu qədər aqressiya ilə qarşılandığını araşdırıb.

Araşdırma zamanı bəlli oldu ki, illər öncə, İsrailə səfər edən Ərdoğana "İsrailin paytaxtı Qüdsə xoş gəldiniz" deyildiyi zaman o, bu qarşılanmanı gülərək qəbul edib. Bəs Ərdoğanın qəfil fontan vuran "Qüds sevgisinin" və yəhudi "nifrətinin" arxasında nə dayanır?

Və ya Ərdoğana "Yəhudi Cəsaraət Medalı" niyə görə verilib?

Qeyd edək ki, Yəhudi Cəsarət Medalını Amerikanın Yəhudi Komitəsi təyin edir. Amerikanın Yəhudi Komitəsi (AJC-ingiliscə: American Jewish Committee) 1906-cı ildə ABŞ-da qurulub. Bu qurumun məqsədi bütün dünyadakı yəhudilərin haqlarını müdafiə etmək və sionizmin dəhşətli planlarını həyata keçirməkdir.

Komitəni Rusiyadakı yəhudilərin daha geniş əl-qol açması və sərbəstliyi üçün çalışan bir dəstə yəhudi qurub və illər ötdükcə millətçi yəhudilər öz maraq dairələrini və məkanlarını genişləndiriblər. Ermənilərin "Dənizdən dənizə Ermənistan" planı kimi.

AJC-in mərkəzi Nyu-Yorkda yerləşir, Vaşniqtonda isə dövlət və xarici əlaqələr bürosu, ABŞ-ın 29 bölgəsində 3 müstəqil komitəsi, bütün dünyada isə 28 şöbəsi fəaliyət göstərir.

Komitənin təyin etdiyi "YəhudiCəsarət Medalı" yəhudi xalqı üçün xidmət edənlərə təqdim edilir. 2004-cü ilin 24 iyulunda bu medal Ərdoğana təqdim edildi. 

Картинки по запросу erdoğan üstün cesaret ödülü

(İsrailli professor, bioloq, kristaloqraf, 2009-cu ildə kimya üzrə Nobel mükafatı alıb. O, çıxışlarından birində "Biz yəhudilər yəhudi olmayan birinə "Yəhudi Cəsarət medalı vermərik" demişdi".

Bu barədə Türkiyənin millət vəkili Tanju Özcanın Parlamentdə etdiyi çıxışını oxuculara təqdim edirik. 

Qeyd edək ki, Tanju Özcan 1973-cü ilin 12 dekabırında Boluda doğulub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib və vəkil kimi fəaliyyət göstərir.

Türkiyənin Rifah Partiyasının sədri Nəcməddin Ərbakan Ərdoğanın ABŞ və yəhudi sevgisini izah edir:

Картинки по запросу erdoğan üstün cesaret ödülü

Картинки по запросу erdoğan üstün cesaret ödülü

Картинки по запросу erdoğan üstün cesaret ödülü

Похожее изображение

Top
JoomlaLock.com All4Share.net