Pakistan ABŞ-la əməkdaşlığı dayandırdı
Featured

10 Yanvar 2018

Pakistanın müdafiə naziri Huram Dastgir Xan Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarından sonra Pakistanın müdafiə və kəşfiyyat sahələrində ABŞ-la əməkdaşlığını dayandırdıqlarını bildirib: "Pakistan və ABŞ arasında nəzakətli və eyni zamanda açıq dialoqun zamanı gəlib".

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Pakistan hökuməti silahlı qruplaşmalara, o cümlədən "Hakkani" və Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatlarına qarşı qətiyyətli addımlar atanadək bu ölkəyə təhlükəsizlik sahəsində yardımı dayandırmaq qərarına gəlib. Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndəsi Patrik Evans ABŞ-ın Pakistan üçün nəzərdə tutulan ən azı 900 milyon dollar vəsaiti dondurduğunu bildirib.

Bir qədər əvvəl Pakistanın müxtəlif silahlı qruplaşmalara qarşı mübarizəsindən narazı olan prezident Donald Tramp ABŞ-ın son 15 ildə bu ölkəyə əbəs yerə 33 milyard dollar maliyyə yardımı verdiklərini demişdi.(azetag)

Top
JoomlaLock.com All4Share.net