Yəhudi Tələbələr İttifaqı "erməni soyqırımı"nı tanıyıb

10 Yanvar 2018

Ümumdünya Yəhudi Tələbələr İttifaqı (WUJS) İsraildə keçirilən 44-ci konqres zamanı "erməni soyqırımı"nı rəsmən tanıyıb. FaktXəbər-in verdiyi məlumata görə, qətnaməni (https://www.wujs.org.il/remembering-the-armenian-genocide.html ) dəstəkləyən əsas məruzəçilərdən biri, avstraliyalı vəkil yəhudi mənşəli Ariel Zohar olub.

31 dekabr 2017-ci ildə keçirilən konqresin iclasında həmçinin qeyd edilib ki, assuriyalı və yunanlar da qondarma soyqırımın dırnaqarası qurbanları olublar. 

Ehtimal olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qüdsün İsrailin paytaxtı olmasına etiraz etməsi və bununla bağlı İKT-nin iclasını çağırması, eyni zamanda fələstinlilərə dəstək qətnaməsi qəbul etməsi yəhudiləri qıcıqlandırıb.

Top
JoomlaLock.com All4Share.net