Hollandiya Türkiyədəki səfirini geri çağırdı

05 Fevral 2018

Hollandiya tərəfi Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb.
Hollandiya bir ildir Türkiyəyə girişinə icazə verilməyən Ankara səfiri Kiis Van Riyi rəsmən geri çağırıb.

Hollandiya tərəfi Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb.

Xatırladaq ki, ötən il Türkiyədə keçirilən referendum öncəsi Ailə və Sosial Siyasət naziri Fatma Kaya təbliğat-təşviqat kampaniyasında iştirak etmək istərkən Hollandiyada saxlanılmış və məcburi olaraq ölkədən çıxarılmışdı. Bu hadisədən sonra iki ölkə arasında siyasi kriz yaranıb.

Hazırda problemin həlli üçün danışıqlar prosesi dondurulub.(maide.az)

Top
JoomlaLock.com All4Share.net