Sergey Lavrovun ABŞ-dan İran tələbi

12 Fevral 2018

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-dan İrana qarşı qərəzli mövqeyini dayandırmağı İstəyib.   

S.Lavrov bildirib ki, İran ballistik raket proqramını genişləndirən yeganə ölkə deyil: "Bölgədə bu cür proqramları olan digər ölkələr də var. Bütün bunlara bir baxmalıyıq".   

Lavrov Rusiya telekanalına açıqlamasında İranın nüvə razılaşmasını rəsmi olaraq, Uzunmüddətli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində effektiv adlandırıb: "Amerikalılar deyirlər ki, bu saziş çox faydalıdır, lakin razılaşmanı pozmağa çalışırlar. Bu, pis haldır".

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.(eastnews.org)

Top
JoomlaLock.com All4Share.net