ABŞ kəşfiyyatına qadın başçılıq edəcək
Featured

13 Mart 2018

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu işindən uzaqlaşdırıb.

Tillersonu Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) rəhbəri Mike Pompeonu əvəzləyib. 

Bundan sonra Mərkəzi Kəşfiyyat Agentliyinə Mike Pompeonun müavini Gina Haspel rəhbərlik edəcək. O, həmin vəzifəyə gətirilən ilk qadındır. Bu barədə ABŞ prezidenti Twitter-də yazıb:

"MKA rəhbəri Mike Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik iş görəcək! Rex Tillerson xidmətinə görə çox sağ olsun! Gina Haspel MKA-nın yeni direktoru, bu postda ilk qadın olacaq. Hamıya təbriklər!"

Ağ Evdən adının çəkilməsini istəməyən rəsmisi deyib ki, keçmiş Kanzas konqresmeni Mark Pompeo administrasiyada Trampın ən sədaqətli yoldaşlarından biri sayılır.

Mərkəzi Kəşfiyyat İdarəsnin rəhbəri rolunda Pompeo hər iki partiyadan olan siyasətçilərin etibarını qazana bilib.

Rəsmi bildirib ki, siyasətçilər onun ölkənin “müdafiə və hücum qabiliyyətlərinin gücləndirilməsindəki” rolunu təqdir edirlər.

Картинки по запросу rex tillerson

Reks Tillerson

Prezident Tramp bildirib ki, Pompeo Amerikanın dünyadakı nüfuzunun artmasına, habelə ABŞ düşmənləri ilə qarşıdurmada qətiyyətinə, o cümlədən Koreya yarımadasının nüvəsizləşdirlməsi siyasətinə əhəmiyyətli töhfə verəcək.

Trump qərarının səbəbini açıqlamayıb. Qərar Tillerson Afrikaya səfərdən yarımçıq qayıdandan az sonra açıqlanıb.

Aylardır belə bir spekulyasiya gəzirdi ki, ExxonMobil neft şirkətinin keçmiş rəhbəri olan Tillerson vəzifədən gedə bilər.

Картинки по запросу mike pompeo

Mike Pompeo

Bu arada bir sıra xarici məsələlərlə bağlı gərginlik qalmaqdadır – Rusiyanın Ukraynaya müdaxiləsi və Suriya prezidenti Bashar al-Assad-a dəstəyi, Britaniyada keçmiş casusun zəhərlənməsində Moskvanın əli olmasına dair iddialar və sairə.

Top
JoomlaLock.com All4Share.net