Böyük Britaniya Rusiya münasibətləri gərginləşir
Featured

14 Mart 2018

Bu günlərdə dünya mediası Böyük Britaniya və Rusiya münasibətlərində bir gərginləşmə müşahidə etməkdədir.
Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, rus agenti, keçmiş QRU polkovniki Sergey Skripal və qızınıın Böyük Britaniya ərazisində Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsi olayı iki ölkə arasında qara yellər əsdirməkdədir.

Britaniya, məhz bu olaya görə 23 Rusiya diplomatını ölkədən deportasiya etmək barədə qərar qəbul edib.

Qərarı baş nazir Tereza Mey açıqlayıb. O, parlamentdə etdiyi çıxışında Rusiyadan bu olaya izahat tələb etdiklərini bildirib. Baş nazir rəsmi Moskvanın izahat tələbinə və ata ilə qızın zəhərlənməsinə əhəmiyyətsiz yanaşdığından qıcılandığını biruzə verib: "Böyük Britaniya Rusiyaya qarşı məxfi tədbirlər görəcək.

Biz elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib".

Tereza Mey parlamentdə deyib ki, Londonla Moskva arasında dialoqun tam kəsilməsi Britaniyanın milli maraqlarına cavab vermir: "Lakin ölkəmizə qarşı yönəlmiş bu dəhşətli hərəkətdən sonra münasibətlər daha əvvəlki kimi ola bilməz".

Tereza Mey kraliyyət ailəsinə Rusiya ilə yüksək səviyyəli əlaqələrin kəsilməsi və Dünya Çempionatına qatılmama barədə çağırış edəcəyini deyib. 

Картинки по запросу сергей скрипаль и дочь 

Sergey Skripal və qızı

Böyük Britaniya məsələ ilə bağlı BMT-ni toplantı keçirməyə çağırıb.   

Böyük Britaniyanın Salisburi şəhərində hücuma məruz qalan keçmiş rus agenti Sergey Skripal və qızı xəstəxanada nəzarət altında saxlanılır və onların vəziyyətinin ağır olduğu iddia edilir.

Qeyd edək ki, Skripal olayının ardınc rusiyalı müxalifətçi biznesmen Nikolay Qluşkov Londonda yerləşən evinə yaxın yerdə ölü tapılıb. O, Rusiya prezidenti Putinə xüsusi aqressiyası ilə seçilirdi və müxalif oliqarx Boris Berezovskinin yaxın dostu idi.  

Qluşkov 1990-cı illərdə Rusiyaya aid havayolu şirkəti "Aeroflot" və Boris Berezovskiyə aid avtomobil şirkəti "LogoVAZ"a rəhbərlik edib.

Картинки по запросу николай глушков

Nikolay Qluşkov

London Polis Şöbəsi Qluşkovun müəmmalı ölümü ilə bağlı yayımladığı yazılı açıqlamada ölüm səbəbini qeyri-müəyyən kimi qeyd edib.

Nikolay Qluşkov 1999-cu ildə Rusiyada korrupsiya və rüşvətxorluq ittihamı ilə 5 il həbsə məhkum edildikdən sonra, 2006-cı ildə İngiltərədən sığınacaq tələb etmişdi. O, 2017-ci ildə Rusiyada "Aeroflot"dan 123 milyon dollar oğurlama ittihamı ilə 8 il həbs cəzası  aldı.

Top
JoomlaLock.com All4Share.net