İsrail rejiminin parçaladığı ədalət simvolu-RAŞEL-VİDEO
Featured

15 Mart 2018

İsrail rejimindən fələstinliləri müdafiə edən yəhudi Raşel Korrinin  2003-cü ilin 16 mart günü qətlə yetirildi. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Raşel Aliene Korri fələstinlilərin evlərini uçuran İsrail hökumətinə etiraz edən aktivistlərdən olub. O, evləri uçuran buldozerin qabağını kəsmək və bu vəhşiliyə mane olmaq istəyib. Lakin buldozeri onun üstünə sürüblər və Raşeli vəhşicəsinə qətlə yetiriblər.

Raşel 1979-cu ilin 10 aprelində ABŞ-ın Vaşniqton ştatında dünyaya göz açıb. O, "Rifah-Olympia Qardeş Şəhir Projesi" çərçivəsində Qəzzaya gəlib. 

Yəhuidi gəncin Qəzzada ilk qarşılaşdığı mənzərə dəhşətliydi. İsrail rejiminin buldozerləri burada fəlsətinlilərin evlərini başına uçurur, etiraz edənləri yerindəcə güllələyirdilər.

Raşel bütün bu vəhşiliklərə 2 ay dözə bildi. Onun səbri tükənmişdi. İsrail buldozerinə qarşı o, 8 aktivistlə birgə 3 saat mübarizə apardı və sonda öldürüldü. Buldozer iki dəfə onu sıxışdırdı və bu hücum nəticəsində Raşelin qabırğaları, kəllə sümüyü qırıldı, ciyərləri parçalandı.

İsrail rejimi öz qəddarlığını bu dəfə maskalay bilmədi. Raşelin qətli ilə bağlı açılan cinayət işinin nəticəsi sübut etdi ki, İsrail rejimi üçün heç bir qanun, heç bir dəyər yoxdur. Belə ki, bütün şahidlər, yəhudi gənclər və israilli könüllülər buldozeri sürən İsrail əsgərinin Raşeli qəsdən parçaladığını desələr də, rejim bunun qəsdən deyil, bir təsadüf olduğunu bildirdi. 

Raşelin ailəsi İsrail hökumətini məhkəməyə verdi və simvolik olaraq 1 dollar məbləğində təzminat tələb etdi. Onlar bu davada məqsədlərinin qazanc əldə etmək deyil, daim İsrail rejiminin təzyiqləri, qətliamları ilə üz-üzə qalan əliyalın və dinc Fələstin əhalisini müdafiə etmək olduğunu sübut etdilər.

Lakin ədalətsizliyi ilə dünyanı heyran qoyan İsrail rejimi bu dəfə də öz ənənəsinə sadiq qalaraq 2012-ci ilin avqustunda Raşelin ailəsinin məhkəmə davasını rədd etdi və gənc qızın qətlində özünü qətiyyən günahkar bilmirdi.

Hazırda "My Name Is Rachel Corrie" ("Mənim adım Raşel Korri) adlı teatr və "Rachel Corrie Foundation for Peace and Justice" ("Sülh və Ədalət üçün Raşel Korri Fondu") fəaliyyət göstərir.

Картинки по запросу Рэйчел Корри

Похожее изображение

Картинки по запросу Рэйчел Корри

Похожее изображение

Похожее изображение

Картинки по запросу Рэйчел Корри

Top
JoomlaLock.com All4Share.net