Nadejda Savçenko "vətən xaini" elan olundu

16 Mart 2018

Ukrayna Ali Radasının deputatı, keçmiş hərbi pilot və Rusiyada məhbus həyatı yaşamış Nadejda Savçenko "vətən xaini" və "terrorçuların əlaltısı" kimi "Mirotvorets" saytının "qara siyahı"sına əlavə olunub.

Ukraynanın Milli Qəhrə manı adına layiq görülmüş Savçenko dövlət çevrilişinin və terror aktının hazırlanmasında ittiham edilir.

Bildirilir ki, Nadejda Savçenko Kiyevdə terror aktı hazırlayırmış. Bunu dünən ölkənin baş prokuroru Yuri Lutsenko bəyan edib. Onun sözlərinə görə, istintaqın əlində Savçenkonun Ali Radanın binasında terror aktı hazırlaması ilə bağlı "təkzibolunmaz faktlar" var.

Savçenko özü isə bu ittihamları rədd edir və Ukrayna hakimiyyətini cinayətlər törətməkdə suçlandırır.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net