Agent böhranı böyüyr: Rusiya ingilis diplomatları qovdu-VİDEO
Featured

16 Mart 2018

Rusiya- İngiltərə münasibətləri gərginləşməkdə davam edir.

Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İngiltərənin baş naziri Tereza Meyin ölkəsindən 23 rusiyalı diplomatın qovulması haqqında çıxardığı qərar cavabsız qalmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ingiltərəli diplomatları Rusiyadan qovacaqlarını bildirib.

Qeyd edək ki, rusiyalı QRU polkovniki Sergey Skripalın və qızının Böyük Britaniya ərazisində Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsi olayı iki ölkənin münasibətlərini gərginləşdirib.

Картинки по запросу сергей скрипаль и дочь

Sergey Skripal və qızı

Ordu sıralarında çalışarkən İngiltərə kəşfiyyatına satıldığı iddia edilən Sergey Skripal və qızı martın 4-də, İngiltərənin Salisbury şəhərində, yaşadıqları evdə  zəhərlənib. Bu olayın ardınca rusiyalı müxalifətçi biznesmen Nikolay Qluşkov Londonda yerləşən evinə yaxın yerdə ölü tapılıb. O, Rusiya prezidenti Putinə xüsusi aqressiyası ilə seçilirdi və müxalif oliqarx Boris Berezovskinin yaxın dostu idi.

Qluşkov 1990-cı illərdə Rusiyaya aid havayolu şirkəti "Aeroflot" və Boris Berezovskiyə aid avtomobil şirkəti "LogoVAZ"a rəhbərlik edib.

Картинки по запросу николай глушков

Nikolay Qluşkov

Rusiyalı müxalifətçilərin İngiltərədə darmadağın edilməsi onlara himayədarlıq edənləri çox bərk qıcıqlandırıb. Rusiyalı diplomatları ölkəsindən qovan İngiltərəyə ABŞ, Fransa və Almaniya da dəstək verməyə başlayıb.  Adıçəkilən 4 ölkə birlikdə açıqlama verərək Rusiyanı İkinci Dünya Müharibəindən sonra Avropada ilk dəfə hücum məqsədi ilə kimyəvi silahdan istifadə etməkdə qınayıb.

Bunun ardınca İngiltərənin Xarici İşlər naziri Boris Conson agentin zəhərləndiyi vasitənin Kimyəvi Silahların Qadağan Edən Təşkilata göndərəcəklərini deyib.

Top
JoomlaLock.com All4Share.net