Bu həbsxanalarda 353 uşaq saxlanılır

05 Aprel 2018

İsrailin bu ilin əvvəlindən bu yana 353 uşağı saxladığı və bunlardan 3-nü sərbəst buraxdığı bildirilib.

Bu barədə Fələstin Əsirlər və Sərbəst Buraxılanlar Heyəti ilə Əsirlər Cəmiyyətindən 5 Aprel Fələstin Uşaq Günü münasibətilə verilən birgə yazılı açıqlamada məlumat yer alıb.

İsrail rəhbərliyinin 2017-ci ilin yanvar ayından bu ilin fevral ayının sonuna qədər uşaqlara qarşı ev həbsi ilə bağlı 102 qərar qəbul etdiyi və bu uşaqların çoxunun Qüdsdən olduğu bildirilən açıqlamada ev həbsi müddəti bitən uşaqlardan 25-nin həbsxanaya göndərildiyi qeyd edilib.

Məhbus uşaqların nəzarətə alındıqları andan hüquq pozuntularına məruz qaldığı qeyd edilən açıqlamada beynəlxalq insan haqları təşkilatlarından fələstinli uşaqlar üçün hərəkətə keçilməsi istənilib.

İsrail işğalı altındakı Fələstində yaşayan uşaqların əzablarına diqqəti çəkmək məqsədilə hər il 5 apreldə müxtəlif tədbirlərlə Fələstin Uşaq Günü mərasimləri keçirilir.

Top
JoomlaLock.com All4Share.net