Rusiya ilə İngiltərəni düşmən edən qız danışdı
Featured

05 Aprel 2018

Amerika və İngiltərəyə casusluq edən rusiyalı polkovnik Sergey Skripalın qızı Yuliya zəhərləndikdən sonra ilk dəfə açıqlama verib.

Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ingilis polisi tərəfindən yayımlanan açqlamada o, deyib ki, özünü yaxşı hiss edir, səhhəti normallaşır: "Bir həftə əvvəl özümə gəldim. Hər gün daha da yaxşılaşıram. Başıma gələn bu olayın stressi isə hələ də məni narahat etməkdədir."

Qeyd edək ki, Sergey Skripal və qızı Yuliya martın 4-də Rusiya istehsalı olan kimyəvi silahla zəhərlənmişdilər. Bu olaya İngiltərə hökuməti çox ciddi reaksiya verdi və Rusiyanın 23 diplomatını ölkəsindən qovdu. İngiltərənin ardınca, Amerika, Almaniya və Fransa bu olaya ciddi təpki göstərdi. Daha sonra dünyanın 20-dən çox ölkəsi rusiyalı diplomatları qovmaqla təhdid etdi.

Top
JoomlaLock.com All4Share.net