Yelmarın Mövludu ilə Şəhadəti arasındakı 1 gün-VİDEO
Featured

10 Aprel 2018

Bu gün Şəhid Yelmar Edilovun doğum günüdür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 10 aprel 1946-cı ildə Ağdam rayonunda anadan olub.

O, 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil alıb. 1988-ci illərdə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasına çalışıb və buna 1990-cı ildən sonra nail olub.

1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərirdi.

1994-cü il 11 aprel düşmən böyük qüvvə ilə hücuma keçir, düşmənə sol cinahdan əks hücuma keçən Edilovun taboru erməni faşistlərinin iki tankını vurur, lakin döyüş bitməmişdi bu zaman Yelmarın yanında mərmi partlayır vətənimizin cəsur övladı Edilov Yelmarın arzularla dolu ürəyi beləcə dayandı… o, 48 yaşında gözlərini əbədi yumdu.

Evli idi. 7 övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 

Bakı şəhərindəki ikinci şəhidlər xiyabanında dəfn edilib.

Top
JoomlaLock.com All4Share.net