İrəvanda xalq prezident iqamətgahını blokadaya aldı-VİDEO
Featured

18 Aprel 2018

İrəvanda sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən xalq ayağa qalxıb və günlərdir ki, meydanı tərk etmirlər.  

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, müxalifətçi deputat Nikol Paşinyanın rəhbərliyi ilə "Fransa" meydanına toplaşan etirazçı xalq kütlələri baş nazirin iqamətgahını blokadaya alıblar.

Arimtimes.com-un verdiyi xəbərə görə, iqamətgahın qarşısında bir-neçə polis keçik çəkir.

Qeyd edək ki, ermənilər Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edirlər. Erməni müxalifəti S.Sarksiyanı Ruiyanın adamı hesab edir və onu hakimiyyətdən uzaqlaşdırmaqla ölkələrinin tam müstəqilliyinə nail olmağa çalışırlar.

Top
JoomlaLock.com All4Share.net