Prezident müxalifət liderinin ayağına getdi-VİDEO
Featured

21 Aprel 2018

Ermənistanda aprelin 13-dən başlanan etiraz aksiyaları ölkəni qasırğa kimi ağuşuna alıb. Sabiq prezident Serj Sarksiyanın baş nazir postuna gətirilməsinə etiraz edən ermənilər onun Rusiyanın adamı olduğunu iddia edirlər.

Vetenugrunda.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Ermənistanın daha 4 şəhəri bu aksiyalara qoşulub.

Bu arada Ermənistan prezidenti Aram Sarkisiyan aksiyanın lideri, deputat Nikol Paşinyanla görüşmək üçün növbəti müraciətini edib. O, ölkəsində baş verən qarşıdurmanın ağır nəticələrindən qorxduğunu və bu nəticənin erməni xalqını vətəndaş müharibəsinə sürüklədiyini bildirib. A.Sarksiyan deyib ki hər bir erməni vətəndaşından ötrü narahatdır. O, hər bir erməninin sevinc içində, bəxtiyar yaşamasına məsuliyyət daşıdığını qeyd edib.

N.Paşniyan isə bu gün canlı yayımla etdiyi çıxışında deyib, o, özü ölsə belə bu etirazlar Sarksiyan baş nazir postunu tərk etməyincə davam edəcək. O, prezidentin görüş təklifini dəfələrlə rədd edib.  

Lakin bu gün axşam saatlarında prezidentin N.Paşniyanla görüşü baş tutub.

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib. O, daha sonra baş nazir Serj Sarksiyanla görüşüb. Görüşmələrdən sonra mətbuata açıqlama verən Nikol Paşniyan bildirib ki bu gecə Respublika meydanında konset baş tutacaq. Sabahdan yenə də Ermənistanın müxtəlif bölgələrində aksiyalar başlayacaq.

Top
JoomlaLock.com All4Share.net