Amerikanın qəbul etmədiyi həqiqət-İslam İnqilabı
Featured

10 May 2018

Ayətullah Xamenei ABŞ-ın İran nüvə müqaviləsindən çıxmasına münasibət bildirib – Tam mətn

İran İslam İnqilabının Ali lidei Ayətullah Seyid Əli Xamenei bu gün etdiyi çıxışında ABŞ-ın İranla bağlanmış beynəlxalq nüvə müaviləsindən çıxmasına münasibət bildirib:

"Dünən gecə Amerika prezidentinin boş və yalan sözlərini eşitdiniz. Təxminən 10-dan artıq yalan söz danışdı. Dövlətimizi təhdid etdi və İran xalqını belə edərəm, elə edərəm dedi. İran xalqı adından bildirirəm. Cənab Tramp! Qələt edərsiz.

Nüvə məsələsi ortaya çıxanda bəziləri dedilər ki, nədir axı bundan yapışmısız? Qoyun bunu kənara. Əlbəttə bu söz səhv söz idi. O zaman da dedik ki, Amerikanın İranla olan məsələsi nüvə məsələsi deyil, bu bir bəhanədir. Dedilər yox, elə deyil. İndi gördünüz ki, elədir. Biz razılaşmaya getdik, amma onların düşmənçiliyi bitmədi. Bizim regionda varlığımızı, raket proqramımızı müzakirəyə çıxartmaq istədilər. Əgər onları belə qəbul etsək, bu iş bitməyəcək, yeni məsələ ortaya atacaqlar. Amerikanın İran dövlətilə müxalifət etməyinin səbəbi budur ki, Amerikanın İrandakı mütləq hakimiyyətininin qarşısı İran İslam İnqilabı tərəfindən alınmışdır.

Baş vermiş hadisə, yəni Amerika prezidentinin çirkin rəftarı bizim gözlədiyimizin əksi bir şey deyil. Bu cür rəftar ondan qabaq da Amerikaya rəhbərlik edən prezidentlər zamanında baş vermişdir. Bədrəftarlar ölüb gedib, sümükləri də çürüyüb. Amma İran xalqı öz yerində möhkəm dayanıb və İran İslam Respublikası hələ də mövcuddur. Bu cənab da ölüb gedəcək, cəsədi ilan və qarışqaların yemi olacaq. Amma İran İslam Respublikası mövcud olacaq.

Avropa ölkələrindən tam təminat almadan nüvə sazişində qalmağımızın heç bir məntiqi anlamı yoxdur.

İndi dövlətin (İran dövlətinin-red.) rəsmiləri böyük imtahan qarşısındadılar. Ya xalqın izzətini saxlayaxcaqlar ya da… Deyilə bilər, 3 Avropa ölkəsilə yolumuza davam edək. Amma mən heç o 3 Avropa ölkəsinə də etimad etmirəm. Heç siz də etibar etməyin. Əgər davam etmək istəyirsinizsə, əməli şəkildə təzminat alın. Əks halda Amerikanın etdiyini edəcəklər. Əgər təzminat ala bilməyəcəksizsə, bu razılaşmaya davam etmək olmaz.

Əvvəl gündən dəfələrlə dedik ki, Amerikaya etimad etməyin. Dedim saziş imzalamamışdan lazımi təzminat alın, sonra saziş imzalayın. Bir şərtim bu idi ki, bubsazişdə Amerika prezidentinin öz imzası mütləq olsun. Müzakirə aparanlar zəhmət çəkib, tər tökdülər, amma edə bilmədilər. İki il yarımdır ki, biz Amerikanın imzaladığı razılaşmaya əməl edəcəyini gözləyirik. Bu kişicik çıxıb deyir mən bu sazişi qəbul etmirəm.

Təəssüflər olsun ki, bu gün dünya diplomatiyasında olmayan şey əxlaqdır, insani əxlaq. Sizə deyirlər bəli, biz bilirik siz sazişi pozmayacaqsınız. Sözlərlə sizi tərif edərək deyirlər; siz eləsiz, siz beləsiz. Üzünüzə təbəssüm göstərirlər, amma əllərində olan xəncəri sinənizə itəliyilər. Diplomatiya budur.

Əziz cavanlar, əziz övladlarım. Ölkənin gələcəyi sizə məxsusdur. Mən tam əminliklə, heç bir şübhəm olmadan bildirirəm ki, ölkənin gələcəyi bundan daha yaxşı olacaq."

Top
JoomlaLock.com All4Share.net