İsrail dövləti necə yarandı? TARİX
Featured

15 May 2018

Neft çəlləyinə (Fələstin) uzanan kibrit (İsrail)

(Arzu Abdulla: 06-01-2014 )

Tarix: Fələstin torpaqlarının 56 faizi 650 min nəfərlik yəhudi xalqına, 44 faizi isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verildi

2013-cü il də ömrünü belə başa vurdu. İl ərzində eşitdiklərimiz, gördüklərimiz, bildiklərimizdən bu qərara gəlmək olar ki, yola saldığımız ilan ili çox zəhərli və qəzəbli idi.

Əslində bu ili yeddi başından yeddi od püskürən əjdahaya da bənzətmək olar. Təbii, söhbət Yaxın Şərqdən gedirsə.

Yaxın Şərq dedikdə, bilmirəm nədənsə ilk ağlımıza gələn Fələstin-İsrail qarşıdurması olur.

Bu bölgədə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 65 illik müharibə daha qanlı şəkildə davam etməkdədir.

Müharibənin başlaması, sona varmaması səbəbini axtarmaq və cavab əldə etmək o qədər də çətin deyil. Yetər ki, İsrail dövlətinin yaradılması prosesinə nəzər salaq. 1897-ci ildə Tedor Herzlin (Tedor Herzl-sionizimin qurucusu-qəzetçi. Məşhur "Der Judenstaat" ("Yahudi Dövləti") kitabının müəllifi) İsveçrədə I Dünya Sionist qurultayını çağırdı. Bu qurultayda başda İngiltərə olmaqla Qərb ölkələri Fələstində İsrail dövlətinin yaradılmasına dəstək verdi.

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın14 -də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.

Bəli, bu tarixçəyə nəzər salmaq kifayət edər ki, Fələstin-İsrail müharibəsinin nəinki başlanma səbəblərini, hətta hansı xəttlə inkişaf edəcəyini dəqiqləşdirəsən.

Dünyaya ağalıq edənlər böyük torpaqlarda böyük siyasətə xidmət edən kiçik ocaq qaladılar. İllər keçəcək, bu ocaq daha da gur yanacaq. Bu ocağın odu sönüb külü qalsa belə səbəb olduğu faciələr nəsillərin gen yaddaşında min illər yaşayacaq və yandıracaq.

İsrailin keçmiş baş naziri Ariel Şaron ona görə deyirdi ki, "Ərəblər neftə malik ola bilərlər, lakin bizim də kibritimiz var". "Neft yoxdur, hegomonluq da yoxdur" prinsipi ilə xarici siyasətini quran ABŞ Yaxın Şərq regionunda geniş neft yataqlarını daim nəzarətdə saxlayır.

Tarixən Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri də bu regionda olan neft yataqlarına böyük maraq göstəriblər.

ABŞ bu bölgənin tam nəzarətini əldə saxlamaq üçün daim müxtəlif ideoloji variantlardan, təxribat və hərbi əməliyyatlardan istifadə edib və etməkdədir. ABŞ neft maraqlarını qorumaq, öz iqtisadiyyatını fasiləsiz neftlə təmin etmək, həm də dünya iqtisadiyyatını nəzarətdə saxlamaq üçün Yaxın Şərqdə xeyli vəsait sərf etməyə, regionda çox sayda hərbi qüvvə və hərbi obyektləri saxlamağa məcburdur. Ona görə də ABŞ Yaxın Şərq regionunda sərbəst fəaliyyət göstərmək və regionu nəzarət altında saxlamaq üçün hər hansı bir bəhanənin və ya Yaxın Şərqdə özünə təhlükə törədə bilən yeni bir "düşmənin" uydurulmasını və ya təşviq olunmasını tələb edirdi. ABŞ ideoloji maşını bu dəfə "islam fundamentalizmini" və "terrorizmi" əsas hədəf kimi uyduraraq Amerika cəmiyyətini buna qismən də olsa inandıra bildi.

Terror kimin işidir?

Cavab: İslam dinindən qorxanların...

Məsəl var deyir, adımı sənə qoyaram səni yana-yana qoyaram. Bu, ABŞ-ın islam dininə olan münasibətində əks olunur. Əgər mövzumuz İsrail-Fələstin qarşıdurmasıdırsa o zaman terrorsuz ötüşməyəcəyik. Biz tərkibində terror olan xəbərləri tez-tez eşidirk; "İsrail-Fələstin sərhədində terror hadisəsi baş verib". Kimdir terrorçu?

Axı dedim bayaq ,Fələstin torpaqlarından buxarlanan qan qoxusu çəkilmir. Kimdir müqəssir? Əslində müqəssir yoxdur, səbəb var. O səbəbin adı-NEFTDİR. Bəlkə də bu gün dünyada baş verənlərin, axıdılan qanların əsl səbəbkarı NEFTDİR.

Amma 6 ay öncə ABŞ-ın "PEW" araşdırma mərkəzinin 39 ölkədə apardığı sorğunun nəticələri bu terroru başqa adla çağırıb-İSLAM.

Adıçəkilən araşdırma mərkəzi islamı bəşəriyyətin ən böyük qorxusu elan edib. Guya belə bir araşdırma aparılıb və guya dünya əhalisinin çox hissəsi islamdan qorxub. ABŞ-ın xarici siyasətində islamafobiya özünü o qədər dərin briuzə verir ki, bunu gizlətmək mümkün deyil.

İsrail dövlətinin Fələstin torpaqlarında yaradılması dünyadakı müharibə ocaqlarının daim alovlanmasına və ABŞ-ın hegomonluğunun daimi olmasına hesablanmışdı. Bu hesabatın nəticəsi əladır. Amma ABŞ-ın xeyrinə.

Şimon Peresin təxiri

2013-cü ildə Fələstin və İsrail münasibətlərində dönüş gözləndiyini öncədən proqnozlaşdıran analitiklər növbəti dəfə yanıldılar. Fələstin prezidenti ilə İsrail parlamentarilərinin görüşü təxirə salındı. İsrail parlamentariləri sentyabrın 3-də Mahmud Abbasla onun mənzil qərargahında görüşməli idilər.

Məlumata görə, İsrail nümayəndələri Suriya məsələsinin mürəkkəbləşməsi səbəbindən görüşün təxirə salındığını bildiriblər.

İsrail və Fələstin nümayəndələrinin görüşünün yaxın zamanlarda baş tutacağı deyilsə də bu, baş tutmadı.

2013-cü ildə ABŞ prezidenti Barak Obama Ağ Evdə İsrail prezidenti Şimon Peresi qəbul etdi.

Похожее изображение

Görüşdən sonra danışan prezident dedi ki, Yaxın Şərqdəki vəziyyətə görə İsrail-Fələstin münaqişənin həlli heç vaxt olmadığı qədər mühümdür. Tərəflər İsrail-Fələstin sülh müzakirələrinin bərpasının vacibliyini qeyd etdi. Amma bu iki dövətin münasibətlərində yaxşılığa doğru heç bir irəliləyişi sezmədik.

Картинки по запросу İsrail filistin

Fələstin İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə inşaat işlərini dayandırmayınca müzakirə təklifini qəbul etməyəcəyini bildirdi. İsrail isə hesab edir ki, Fələstin müzakirələrdə heç bir şərt irəli sürməməlidir. Fələstin İsrailin şərtlərini sorğu-sualsız qəbul etməlidir. Axı niyə? Baxın, bu sual iki ölkənin sərhədini qan gölünə çevirib.

Ötən ilin sentyabrında Qüdsün şəhər rəsmiləri 1000 yeni mənzilin inşasına dair planı təsdiq edib. Dovşana "qaç", tazıya "tut" deməyə öyrəncəli olan ABŞ-ın prezidenti gözə kül üfürmək və dünyadakı "demokratik" imicini saxlamaq üçün yəhudi yaşayış məntəqələrinin inşasını qeyri-qanuni adlandırdı. Lakin dərman dərmanlığın edər çax-çax baş ağrıdar.

Картинки по запросу İsrail filistin

İsrail prezidenti: "Fələstinlə təcili sülh bağlamaq lazımdır"

İsrail prezidenti Şimon Peres Mexikoda səfərdə olarkən İsrail və Fələstin arasında təcili olaraq sülh bağlanmasının vacibliyini bəyan etdi: "Biz razılığa gəlmişik ki, münaqişənin dayandırılması iki xalq üçün iki dövlət haqqında məsələnin həllinə əsaslanmalıdır. Təcili sülh bağlanmalıdır və bu mümkündür. Biz düşmən olmaq üçün doğulmamışıq, biz başqa xalq üzərində hökmranlıq etmək, kiminsə torpaqlarını zəbt etmək üçün doğulmamışıq, biz sülh üçün doğulmuşuq".

2013-cü ilin iyul ayında İsrail və Fələstin arasında uzun sürən fasilədən sonra sülh danışıqları bərpa edilib, lakin danışıqlar İsrailin İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini gücləndirməsi ilə əlaqədar dayandırılıb. Fələstin tərəfi qəti şəkildə İsrailin bu addımına qarşı çıxır. Təbii, çıxmalıdır da. Çünki belə "sülh" kimsəyə gərək deyil. Atəşkəs adı ilə Fələstin torpaqlarında işğalı davam etdirən İsrailin bu "sülhü" Fəlsətin liderləinin başına torba tikməkdir əslində.

İsrail-Fələstin münaqişəsi 1 ilə həll olunacaq (?)

İsrail prezidenti Şimon Peresin 2013-cü ildə İtaliyaya səfəri zamanı "La Republica" qəzetinə verdiyi müsahibəsində "Bir ildən sonra sülh bağlanacaq, vahid qərar əsasında iki dövlət yaranacaq. Başqa yol yoxdur. Prezident Barak Obama hesab edir ki, artıq bir ilə sülh bağlamaq olar." Çatışmayan ancaq danışıqlardır ki, konsensusa gəlmək üçün mütləq dialoqa başlamaq lazımdır. Əsas məsələ narazılıqların ortadan qaldırılmasıdır.

Похожее изображение

Bəs bu mümkündürmü? Mənim cavabım: bəli mümkündür. İsrailin baş naziri Benyamin Netanyahu açıq-aşkar şəkildə bəyan etdi ki, o, sülh və iki dövlət prinsipini dəstəkləyir. Düşünürəm ki, reallığın özü bizi sülhə məcbur edəcək... Başqa seçimimiz yoxdur" deməsi terrordan və münqaişədən yorulan insanların üzünə bir ümid işığı çilədi. Amma arada yenə də dünyaya ağalıq etmək iddası naminə günahsız milyonlarla insanın qanına əli bulaşmış ABŞ-ın adı çəkilirdisə, çətin ki, İsrail və Fələstin dövləti hansısa sülhə nail olaydı.

Top
JoomlaLock.com All4Share.net